Delta-ASM şirkətinin təcrübəli və yüksək ixtisaslı kadrları həmişə öz işlərində daim ən yüksək çalışqanlıqla fəaliyyət göstərirlər. Əməkdaşlarımızın ən ümdə məqsədi müştərilərə ən yüksək keyfiyyətli xidmətlər təqdim etməkdir.
Muştaqov Füzuli Seyfəl oğlu, ali təhsilini 1985-1990-cı illərdə Azərbaycan Politexnik İnstitutunda alıb. 1990-1992-ci illərdə “Hərbi Gəmi Təmiri” gəmiqayırma zavodunda tornaçı kimi ilk iş təcrübəsinə başlamışdır və orada iş təcrübəsini maşınqayırma üzrə mühəndis kimi davam etdirmişdir. 1992-1999-cu illərdə Hərbi Dəniz Qüvvələrində hərbi xidmətdən sonra, 1999-2001-ci illərdə “Hərbi Gəmi Təmiri” gəmiqayırma zavodunda baş usta, 2001-2015-ci illərdə isə “A & S” MMC şirkətində texniki direktor kimi iş təcrübəsini davam etdirib. 2015-ci ilin may ayından etibarən “Bakı Gəmi Təmiri” MMC şirkətində texniki direktor vəzifəsində çalışıb. 2016-cı ilin yanvar ayından hal-hazıradək, “Delta-ASM” MMC şirkətində direktor vəzifəsində çalışır.
Allahverdiyev Sərxan Səhrab oğlu 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur, 2005-2011-ci illərdəAzərbaycan Dövlət İqtisad Universitetində ali təhsil almışdır. 2013-2016-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr təhsili almışdır. 2004-2006-ci illərdə “Texmarin LTD“ şirkətində Hesabdar vəzifəsində , 2008-2010-cu illərdə isə həmin şirkətdə Mühasib vəzifəsində çalışmışdır. 2017-ci ilin mart ayından bu günə kimi “Delta – ASM“ MMC şirkətində İqtisadiyyat üzrə direktorun müavini vəzifəsində çalışmaqdadır.
Fuad İbrahimov 1989-cu ildə Naxçıvanın Babək rayonunun Nehrəm qəsəbəsində anadan olmuşdur. Orta təhsilini Nehrəmdə başlasa da, sonradan öz təhsilini Bakıda bitirib. Türkiyə Respublikası, Şimali Kiprdə Şərqi Aralıq dənizi Universitetini (Doğu Akdeniz Universiteti) bitirmişdir. “Monster Enerji” şirkətində işləyib. 2013-cü ildə “Delta-ASM” MMC-nin direktoru vəzifəsində çalışıb. 2016-cı ildən etibarən “Delta-ASM” MMC-nin direktor müavini işləyir.
Təhsil: Kimya Texnologiyaları İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti. Sumqayıt Kauçuk Zavodunda, Azərbaycan Mədəniyyət Fondunda, “Techmarine Ltd” şirkətində çalışıb.
Əhmədov Coşqun Akif oğlu 1980-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur, 1997-2001-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsil almışdır. 2004-2015-ci illərdə “A&S” LTD şirkətində Elektrik qrupunun rəhbəri vəzifəsində çalışmışdır. 2016-ci ilin oktyabr ayından bu günə kimi “Delta-ASM“ MMC şirkətində Təchizat üzrə direktorun müavini vəzifəsində çalışmaqdadır.
Venera Adıgözəlova həm beynəlxalq təşkilatlarda, həm də Azərbaycanın özəl sektorunda 15 ildən çox təcrübəyə malikdir. Onun ixtisası marketinq tədqiqatını, layihənin idarə olunmasını və maliyyə sektorunu əhatə edir. Karyerası zamanı müxtəlif strategiya və proqramların hazırlanmasında iştirak etmişdir.
Venera Adıgözalova 2018-ci ilin noyabr ayından Delta-ASM-də çalışır.
Nadirzadə Orxan 1991 – ci il Sumqayıtda anadan olmuşdur. 2019 cu ilin iyun ayından Delta-ASM MMC –də HSE kimi çalışmış , 2020 – ci ildən HSE nin rəhbəri vəzifəsində işləyir.
Delta-ASM şirkətinin təcrübəli və yüksək ixtisaslı kadrları həmişə öz işlərində daim ən yüksək çalışqanlıqla fəaliyyət göstərirlər. Əməkdaşlarımızın ən ümdə məqsədi müştərilərə ən yüksək keyfiyyətli xidmətlər təqdim etməkdir.