Delta-ASM çatdırılma, təmir və müştərilərin mühəndis ehtiyacı ilə bağlı bütün tələbatlarını ödəmək üçün geniş xidmət növləri təqdim edir. 11 illik təcrübə və biliyə əsasən, Delta-ASM qısa zaman ərzində yüksək dəqiqlikli mühəndislik dövriyyəsi ilə məşhur olan yüksək qiymətləndirilən bir şirkətdir.
Gəmiçilik barədə geniş bilik və nüfuzlu standartlara malik Delta-ASM şirkəti sənayedə rast gəlinən gəmiçilik üzrə mürəkkəb texniki problemlər üçün mütəxəssis məsləhəti və kompleks həllər təqdim edə bilər. Qabaqcıl ofşor şirkətləri iqtisadi cəhətdən təsirli və sərfəli olan multidisplinar layihələr üçün Delta-ASM şirkətinə etibar etməyə davam edir.
Bizim ərazidə xüsusi konstruksiyalı polad istehsalı, gəmilərin ümumi təmiri və texniki xidməti, mobilizasiyası və demobilizasiyası və tikintisini özündə birləşdirən xidmətlər də mövcuddur. Keyfiyyət bağlılığına görə Delta-ASM ISO 9001:2015 standartı üzrə sertifikatlaşdırılıb və bütün layihələrin keyfiyyət və effektivlik standartlarının kriteyalarına uyğun gəldiyinə zəmanət verir.