Quru tərsanə xidmətləri

Bakı şəhərində strateji baxımdan müvafiq şəkildə yerləşdirilmiş quru tərsanə, habelə “Delta-ASM” şirkətinin rahat yerləşməsi, şirkətə ofşor və energetika sahələrində gəmilərin təmiri və texniki xidməti üzrə yüksək keyfiyyətli xidmətlər göstərməyə imkan verir.

“Delta-ASM” şirkəti, Azərbaycanda ən iri quru tərsanələrindən birinə malik olması ilə öyünə bilər. Şirkət uzunluğu 45 metr, yük götürmə qabiliyyəti isə 450 ton olan gəmiləri bərkitmək iqtidarında olan azsaylı şirkətlərdən biridir. Bunun sayəsində, çeviklik, habelə iri və çətin layihələrə xidmət göstərilməsini təmin etmək mümkündür.

“Delta-ASM” şirkəti planlı təmir və bərpa işləri ilə yanaşı, qəza-təmir xidmətləri üçün də keyfiyyətli xidmətlər göstərir. Bütün quru dok-stansiyalar, hər layihə üzrə etibarlılıq və keyfiyyəti təmin edən təcrübəli menecerlər və professionallar tərəfindən idarə olunur.

Şirkətin aktivlərinin sırasına qaldırıcı körpü kranları, 1,5-5 ton yükqaldırma qabiliyyətli çəngəlli yükqaldırıcılar və müştərilərin gəmilərinin məhsuldarlığını artıraraq daha da genişləndirmək üçün, müasir avadanlıqlarla təchiz edilmiş dörd emalatxana daxildir.

“Delta-ASM Services” bizim bütün quru doklarımızda aşağıdakı xidmətləri göstərə bilər:

Man, Deutz, B+W Alpha, Caterpillar, Bergen/Rolls Royce, Detroit, Nohab, Wartsila, Cummins, Mitsubishi və Rusiya dizel şirkətlərinin istehsalı olan mühərriklərinin yüksək keyfiyyətli təmiri həyata keçirilir.

location_onÜNVAN

5K Qazelin küç. 20-ci sahə, Bakı, Azərbaycan.

phoneTELEFON

(+994 12) 565 41 25
(+994 12) 565 41 26