Təmir və texniki xidmət

Gəmi təmiri üzrə qabaqcıl yer tutan “Delta-ASM” şirkəti texniki qulluğu üzrə kompleks xidmətlərin göstərilməsini təmin edir və layihənizin bütün normalara və standartlara əməl olunaraq, ən effektiv və rentabelli, sərfəli səviyyədə işləyəcəyinə zəmanət verir.

 “Delta-ASM” şirkətinin sertifikatlaşdırılmış mütəxəssislərinin fəaliyyət dairəsi, ən qabaqcıl mühəndislik və idarəetmə imkanlarından istifadə etməklə, gəminizin dənizdə olması və effektiv fəaliyyət göstərməsini təmin etmək üçün, ən sadə texniki xidmətdən başlayaraq, əsaslı təmirə qədər, həm planlaşdırılmış, həm də plansız xidmət fəaliyyətlərini əhatə edir.

“Delta-ASM” şirkəti, Gəmi təmiri, mühərriklərin istehsalı və əsaslı təmiri üzrə yüksək keyfiyyətli ustalıq və peşəkar yanaşma təqdim etməklə, geniş xidmət imkanlarını təklif edir.

Azərbaycanda Xəzər dənizinə birbaşa çıxışı malik olmaqla, ideal mövqedə yerləşən dok-stansiya sayəsində, “Delta-ASM” şirkətinin dokları bütün növ gəmilərə təmir və texniki xidmətin göstərilməsi üçün yüksək səviyyəli avadanlıqlarla təchiz olunub.

 

location_onÜNVAN

5K Qazelin küç. 20-ci sahə, Bakı, Azərbaycan.

phoneTELEFON

(+994 12) 565 41 25
(+994 12) 565 41 26