Gəmilərin konservasiyası və saxlanması üzrə xidmətlər

“Delta-ASM Services” şirkəti Azərbaycanın müxtəlif bölgələrində isti və soyuq konservasiyaya qoyulan gəmilərin ehtiyacının ödənilməsi üçün sərfəli xidmətlər paketini təqdim edir. Şirkətin yerli səviyyədə peşəkar təcrübəyə və əlaqələrə malik olması, hər bir müştəri üçün fərdiləşdirilmiş xidməti və konservasiya zamanı ən keyfiyyətli xidmətlər göstərməyə imkan verir.

Hal-hazırda, sizin gəmi istifadə olunmayanda, ehtiyac yarandığı hallarda operativ mobilizasiya olunması üçün salamat vəziyyətdə saxlanılması son dərəcə vacibdir.

Konservasiya dövrü, gəminin istismar xərclərini azaltmağa kömək edir. Belə ki, gəminin strukturu, mexanizmi, ballast çənləri, anbarları, boru xətləri və yük sistemlərinin mühafizə prosedurları üçün  müvafiq plana malik olmalısınız.

Konservasiya fəaliyyətinin icrası üçün “Delta-ASM” şirkətinin xidmətlərindən istifadə edən sahibkarlar və operatorlar əmin ola bilərlər ki, onların gəmilərinə daimi texniki nəzarət, yoxlama və vəziyyəti barədə müntəzəm hesabatlarla xidmət göstəriləcək.

“Delta-ASM” şirkəti uzunmüddətli soyuq konservasiya, orta müddətli və ya isti konservasiyalar, yaxud da qısamüddətli isti aralıqlarla sizə yardımçı ola və aşağıdakı xidmətləri göstərə bilər:

Biz Bakının Türkan portuna gəmilərin konservasiyaya qoyulması üzrə xidmətlər təklif edə bilərik.

location_onÜNVAN

5K Qazelin küç. 20-ci sahə, Bakı, Azərbaycan.

phoneTELEFON

(+994 12) 565 41 25
(+994 12) 565 41 26